×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda “Azərbaycan nəsri antologiyası” kitabının birinci cildi çapdan çıxıb

 

Moskva, 24 may, AZƏRTAC

Sankt-Peterburq şəhərində “Azərbaycan nəsri antologiyası” kitabının birinci cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, antologiyada 1960-cı illərdən idiyədək yazıb-yaradan iyirmi dörd müəllifin müxtəlif janrlarda hekayələri toplanıb.
Antologiyanın ideya müəllifi BDU-nun müəllimi, yazıçı, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, tərtibatçısı, redaktoru və “Ön söz” müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, türkoloq, yazıçı Şahnaz Kamaldır.
Kitab UNESCO üzrə Azərbaycan Milli Komissiyasının maliyyə dəstəyi ilə nəşr olunub.
Kitabın nəşrinə Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev, UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının baş katibi Seymur Fətəliyev köməklik göstərib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2023-05-24 13:08:00