×
A
A
A
Sazlamalar

Ötən il əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına təqribən 977 milyon manat ayrılıb

Bakı, 24 may, AZƏRTAC

Son 5 ildə icra olunmuş səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,3 faiz-bənd, mütləq ifadədə isə 708,0 milyon manat və ya 2,0 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məlumat 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda yer alıb.
Qeyd edilib ki, hesabat ilində istifadə olunmuş səhiyyə xərclərinin 79,2 faizi və ya 1122,6 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür, bu da 2021-ci illə müqayisədə 78,0 milyon manat və ya 7,5 faiz çoxdur. Həmin vəsaitin 977,4 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 143,3 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrasına, 1,9 milyon manatı Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının müalicə-diaqnostika avadanlıqlarının yenidən komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilib.

Səhiyyə 2023-05-24 12:29:00