Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040133 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 86.4511 (14 faiz) manat və 98.7100 (6.6999 faiz) manat olan 45 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.6209 (7.3 faiz) manat, orta ölçülmüş qiyməti isə 97.8210 (7.1891 faiz) manat müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 133 milyon 661 min 200 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib. Hərrac iştirakçıları mayın 24-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazlar 2025-ci il mayın 20-də ödəniləcək. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Vebinar: Qeyri-neft və qeyri-dövlət sektorunun Mərkəzi Bankın notlarına investisiya imkanları
Siyasi partiya hansı halda əmlak vergisinin ödəyicisi sayılmır?
Bugünkü hərracda tələb 22,4 milyon dollar olub
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur?
İşğaldan azad edilmiş ərazilərin bərpasında dünya təcrübəsinin strateji aspektləri