×
A
A
A
Sazlamalar

Rus Dram Teatrının kollektivi Şəkidə teatrsevərlərin qarşısında çıxış edəcək

Bakı, 24 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki Dövlət Dram Teatrının qonağı olacaq.
Rus Dram Teatrı şəkili teatrsevərlərə mayın 29-da Anarın “Mən, sən, o və telefon”, mayın 30-da isə “Sehrli karusel” tamaşasını nümayiş etdirəcək.

 

Mədəniyyət 2023-05-24 12:08:00