×
A
A
A
Sazlamalar

Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs saxlanılıb

Bakı, 24 may, AZƏRTAC

Mayın 17-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartını itirməsi və həmin gün marketlərin birində eyni kart vasitəsilə 350 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Müşfiq Qədimov Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Paytaxt sakini olan digər bir nəfərin bank kartındakı hesabından pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adil Yusubov da digər əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2023-05-24 11:22:00