×
A
A
A
Sazlamalar

DİN: Ötən gün axtarışda olan 115 nəfər saxlanılıb

Bakı, 24 may AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları mayın 23-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılmasını təmin ediblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarılan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 1 nəfər həlak olub.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Hadisə 2023-05-24 10:55:00