×
A
A
A
Sazlamalar

Dörd ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 7,7 faiz artım qeydə alınıb

Bakı, 24 may, AZƏRTAC

Cari ilin 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 116,3 milyon manat və ya 7,7 faiz artım qeydə alınıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,3 milyon manat və ya 8,8 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 129,4 milyon manat və ya 14,2 faiz artım müşahidə olunub.

Sosial 2023-05-24 09:57:00