Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb
Bakı, 24 may, AZƏRTAC
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, aprel ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 milyard 202 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 535 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 663 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4 faizini təşkil edib.
Vebinar: Qeyri-neft və qeyri-dövlət sektorunun Mərkəzi Bankın notlarına investisiya imkanları
Siyasi partiya hansı halda əmlak vergisinin ödəyicisi sayılmır?
Bugünkü hərracda tələb 22,4 milyon dollar olub
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur?
İşğaldan azad edilmiş ərazilərin bərpasında dünya təcrübəsinin strateji aspektləri