×
A
A
A
Sazlamalar

Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

Bakı, 24 may, AZƏRTAC

Bolqar nasir və şairi Georgi Qospodinov “Zaman sığınacağı” romanına görə ingilis dilində ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Londonda keçirilən mərasimdə münsiflər heyətinin sədri, Mərakeş əsilli fransız yazıçısı Leyla Slimani bildirib.
Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırıb.
Mükafatın qalibi 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq. Mövcud qaydalara görə, o, pul mükafatını amerikalı Angela Rodel tərəfindən hazırlanmış kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşməli olacaq. Bundan əvvəl bolqar dilində yazılmış kitab Buker mükafatına namizəd olmamışdı. Əsər Qospodinovun Böyük Britaniyada çap olunan ilk romanı idi.
Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Mədəniyyət 2023-05-24 02:20:00