×
A
A
A
Sazlamalar

Mayın 23-də Azərbaycanda COVID-19 əleyhinə 188 doza vaksin vurulub

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 188 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 42, ikinci doza vaksinlərin sayı 116, üç və daha çox doza vaksinlərin sayı 28, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 177, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 296, ikinci mərhələ üzrə 4 milyon 883 min 346, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 328, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 207-dir.

Səhiyyə 2023-05-23 17:16:00