×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 aprel tarixli 2854 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 aprel tarixli 2854 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 408) aşağıdakı dəyişikliklər edilsin:
1. “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi” abzası ləğv edilsin.
2. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan regional miqrasiya baş idarəsinin rəisi”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2023-cü il

Sərəncamlar 2023-05-23 16:56:00