×
A
A
A
Sazlamalar

Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir

Bakı, 23 may, Ramiz Quliyev, AZƏRTAC

Bu gün Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir. Azərbaycan heç bir dövlətin köməyinə ehtiyac duymadan öz iqtisadi potensialı hesabına Qarabağda həyatı yenidən dirçəldir. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan Qarabağa elə ciddi zərbələr vurub ki, orada həyatın, infrastrukturun yenidən qurulması üçün milyardlarla manat vəsait tələb olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov deyib.
Azərbaycana xarici investisiyaların da axın etdiyini deyən T.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin xarici ölkələrə mütəmadi səfərləri həm də Qarabağa yeni investisiyaların cəlbində çox mühüm rol oynayır: “Prezidentin xarici səfərləri zamanı dövlət başçıları ilə görüşlərində həmin ölkələrin investorları, biznesmenləri və iş adamları ilə də geniş tərkibli görüşlər keçirilir. Bu görüşlərdə iş adamlarının Bakıya dəvət edilməsi Qarabağa xarici investisiyaların cəlb edilməsini daha da aktuallaşdırır”.
Politoloq, dünya dövlətləri Qarabağın məhz iqtisadi potensialını bildikləri üçün bu regiona investisiya qoyulmasında maraqlıdırlar. Azərbaycanın mövqeləri gücləndikcə, Qarabağa yatırılan xarici investisiyaların da sayı artacaq.

 

Tikinti̇ 2023-05-23 16:17:00