×
A
A
A
Sazlamalar

Polşada ukraynalı pilotların F-16 təlimləri başlayıb

Bakı, 23 may, AZƏRTAC

Avropanın bir neçə ölkəsində, o cümlədən Polşada ukraynalı pilotların F-16 qırıcı təyyarələrinin idarə olunması üzrə təlimləri başlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel bunu Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünə gələrkən deyib.
Onun sözlərinə görə, ukraynalı pilotların F-16 qırıcı təyyarələrini idarəetməni öyrənməsi üçün müəyyən zamana ehtiyac var. Təlimlər nə qədər tez tamamlansa, təyyarə tədarükünün qapısı da bir o qədər tez açılar.
“Avropa İttifaqında müzakirələr hər zaman hədəfinə çatır. Əvvəllər tankların tədarükünə skeptik yanaşırdıq, lakin buna qərar verdik, sonra təyyarələrlə bağlı da eyni hal müşahidə edildi. Zaman keçdikcə Kiyevə silah tədarükü ilə bağlı bütün problemləri həll edəcəyik”, - deyə Jozep Borrel əlavə edib.
Ukraynanın tələb etdiyi hərbi dəstəyin sürətləndirilməsi Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin görüşünün əsas gündəliyi olacaq.

 

 

 

Dünya 2023-05-23 15:33:00