×
A
A
A
Sazlamalar

Neft-qaz sənayesi üzrə qiymət indeksləri 85 faiz artıb

Bakı, 23 may, AZƏRTAC

Apreldə marta nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 107,9 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin aprelində ötən ilin müvafiq dövrünə nisbətən 84,8 faiz, bu ilin yanvar-aprel aylarında isə keçən ilin analoji dövrü ilə müqayisədə 85 faiz artıb.
Cari ilin yanvar-aprel aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sənayesində sənaye məhsullarının istehsalçı qiymətləri indeksinin 90,9 faiz artımı qeydə alınıb.

Neft - qaz 2023-05-23 15:01:00