×
A
A
A
Sazlamalar

Türkiyədə "Tayfun" ballistik raketinin yeni sınaqları keçirilib

Bakı, 23 may, AZƏRTAC

Bu gün Türkiyədə ilk milli ballistik raketin - "Tayfun"un yeni sınaqları keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir tviter səhifəsində məlumat verib. O, raketin uğurla buraxıldığını bildirib.
TRT telekanalının məlumatına görə, raket yerli vaxtla saat 06:44-də Qara dəniz sahilindəki Rize-Artvin hava limanı rayonundan buraxılıb. Buraxılış zamanı hava limanında və ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, raketin 561kilometr olan uçuş məsafəsinin 1000 kilometrə çatdırılması planlaşdırılır.
Roketsan kompaniyası tərəfindən hazırlanan “Tayfun” raketinin ilk sınaqları 2022-ci ilin oktyabrında da Qara dəniz üzərində həyata keçirilib. Raketin yaxın vaxtlarda Türkiyə ordusunun arsenalına daxil olması gözlənilir.

 

 

Dünya 2023-05-23 15:17:00