Vüqar Bayramov: Mobil rabitə xidmətlərinin qiymətləri optimallaşmalıdır
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanın mobil rabitə tariflərinə yenidən baxılması, xüsusən də mövcud xidmətlər səviyyəsinə və keyfiyyətinə uyğunlaşdırılması olduqca vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, artıq virtual xidmətlərdən geniş istifadə olunur, o cümlədən vatsap daxil olmaqla, digər sosial şəbəkələr vasitəsilə zənglərin edilməsi də mümkündür. Ona görə də, mobil rabitə xidmətləri göstərən şirkətlər rəqabətə hazır olmaları üçün keyfiyyət və xidmətə yenidən baxıb uyğunlaşdırılmalıdırlar.
“Apardığımız monitorinqlər onu göstərir ki, mobil rabitə xidmətləri bir sıra qonşu ölkələrlə müqayisədə daha bahadır. Baxmayaraq ki, bəzi hallarda bölgələrdə bir sıra mobil rabitə xidmətlərində problemlər müşahidə olunur, fasilələr qeydə alınır. Digər tərəfdən isə rouminq xidmətləri də kifayət qədər bahadır. Rouminq xidmətlərinin həm qiymət, həm də keyfiyyət baxımından tənzimlənməsinə ciddi ehtiyac var”,- deyə deputat qeyd edib.
V.Bayramov, həmçinin bildirib ki, qiymətlərin həm virtual xidmətlərdəki dəyişikliklərə, həm də təqdim olunan keyfiyyətə uyğun olaraq təklif olunması və optimallaşdırılması zəruridir. Çünki bu, nəticə etibarilə həm daha yaxşı xidmət, həm də optimal qiymətlərlə mobil rabitə xidmətlərinin təklif olunmasına gətirib çıxara bilər”.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb