×
A
A
A
Sazlamalar

Azad olunmuş torpaqların minalarla çirkləndirilməsi itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına mane olan əsas amildir

Bakı, 23 may, AZƏRTAC

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratsa da, hazırda bizə mane olan əsas amil ərazilərin minalar və partlamamış sursatlarla çirkləndirilməsidir. İşğaldan azad edilmiş ərazilərdə basdırılmış minalar bizə məlum olan məzar yerlərində çöl işlərini, o cümlədən qazıntı və ekshumasiya aparmağa imkan vermir, itkin ailələrinin iztirablarının uzanmasını şərtləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Azərbaycan tərəfinə təqdim ediləcəkdir. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilməsinin aparılması məsələyə qeyd etdiyim formatda münasibətdən çox asılıdır" - deyə o qeyd edib.

Siyasət 2023-05-23 11:34:00