×
A
A
A
Sazlamalar

Dalğıclar dənizdə batma təhlükəsində olan qadını xilas edib VİDEO

Bakı, 22 may, AZƏRTAC

Dalğıclar dənizdə batma təhlükəsində olan qadını xilas edib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib.

Hadisə 2023-05-22 22:21:00

Video