×
A
A
A
Sazlamalar

Vilnüsdə KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva İnnovasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
KOBİA-dan AZƏRTAC-a bildiriblər ki, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Litva İnnovasiyalar Agentliyinin nümayəndəsi İndre Balciunaite imzalayıblar.
Memorandumda hər iki ölkənin kiçik və orta biznes subyektləri arasında müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və digər məsələlər nəzərdə tutulur.
Biznes forumda təqdimatla çıxış edən Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan və Litva KOB-ları arasında əməkdaşlıq imkanları barədə məlumat verib.

İqtisadiyyat 2023-05-22 21:10:00