×
A
A
A
Sazlamalar

® “Nar” Cəlilabad Festivalında iştirak etdi!

Azərbaycanın bölgələrinə xüsusi önəm verən mobil operator “Nar” bu dəfə Cəlilabad Festivalında iştirak etdi. Mobil operator festival iştirakçılarına xüsusi “Nar” çadırında əyləncə ilə yanaşı, mobil nömrə satışı və müştəri xidmətləri imkanı da təqdim etdi.
“Nar” çadırındakı 360 dərəcəli videoçəkiliş ziyarətçilərin böyük marağına səbəb oldu. Mobil operatordan nömrə əldə edən, mobil cihazında “Nar+” tətbiqini istifadə edən və “Nar” haqqında suallara doğru cavab verən ziyarətçilər dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Qeyd edək ki, mobil operator “Nar” həyata keçirdiyi layihələrlə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırır. Bölgələrdəki yeni konseptli “Nar” mağazaları ilə daha üstün xidmət gətirir, təqaüd və təlim proqramları ilə təhsil imkanlarını genişləndirir və eləcə də yüksəksürətli interneti bölgələr üçün əlçatan edir.
“Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı nar.az/projects səhifəsində məlumat əldə edə bilərsiniz.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İqtisadiyyat 2023-05-22 18:46:00