×
A
A
A
Sazlamalar

Avropa çempionu Zeynəb Hümmətova: Biz artıq üç ildir eyni komandada çıxış edirik

Bakı, 22 may, AZƏRTAC

Biz artıq üç ildir eyni komandada çıxış edirik. Artıq hər kəs bir-birini yaxşı tanıyır.
AZƏRTAC xəbər verir ki, bu sözlər Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatında üç lent və iki topla yarışda qızıl medal qazanan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova mayın 22-də Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında deyib.
Avropa çempionu qeyd edib ki, komandanın üzvləri həmişə bir-birinə dəstək olurlar. Birimizin kefi yaxşı olmayanda, bu, digərinə də təsir edir. Bunun üçün həmişə yaxşı olmağa çalışırıq və bu, bizim çıxışımıza da təsir edir.
Komandanın üzvü Güllü Ağalarzadə qeyd edib ki, həmişə əhval-ruhiyyəmizi yüksək tutmağa çalışırıq. Komandada hər kəs bir-birini yaxşı tanıyır. Avropa çempionatı zamanı əlimizdən gələni etməyə çalışdıq. Bundan sonra da daha yaxşısını etməyə çalışacağıq.

İdman 2023-05-22 17:48:00