×
A
A
A
Sazlamalar

“Zalsburq” klubu ardıcıl onuncu dəfə Avstriya çempionu adını qazanıb

Bakı, 22 may, AZƏRTAC

Futbol üzrə Avstriya Bundesliqasında 2022-2023-cü il mövsümünün qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, çempion adını “Zalsburq” klubu qazanıb. Komanda turnirin 30-cu turunda "Şturm Qraz"ı 2:1 hesabı ilə məğlub edib. Xallarının sayını 45-ə çatdıran “Zalsburq” sona iki tur qalmış “Şturm Qraz” üçün (39 xal) əlçatmaz olublar.
“Zalsburq” ardıcıl 10-cu dəfə bu titula sahib çıxıb. Onların Avstriya Bundesliqasında, ümumilikdə, 17 çempionluğu var.

İdman 2023-05-22 17:04:00