×
A
A
A
Sazlamalar

AZAL Milli Aviasiya Akademiyasının tələbələri üçün təcrübə proqramı təşkil edib

Bakı, 22 may, AZƏRTAC

AZAL Milli Aviasiya Akademiyasının tələbələri üçün “Yay Təcrübə Proqramı” haqqında təqdimat keçirilib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, proqramın əsas məqsədi AZAL ilə Akademiya arasında əməkdaşlığın möhkəmləndirilməsinə və tələbələrin gələcəkdə peşəkar karyera yolunda inkişafına dəstək olmaqdır.
Qeyd edilib ki, tələbələr Təcrübə Proqramında iştirakları ilə Aviasiya sahəsində çalışan peşəkarların əhatəsində bilik və bacarıqlarını inkişaf etdirərək xüsusi istedadlar sırasına əlavə olunmaq və gələcəkdə uyğun vakansiyalar üçün dəyərləndirilmək imkanı qazanacaqlar.
Proqramın rəsmi təqdimatı “Azərbaycan Hava Yolları”nın İnsan Resursları İdarəsinin əməkdaşları və təşkilatın digər rəhbər vəzifədə çalışan nümayəndələrin iştirakı ilə baş tutub.
Bildirilib ki, Təcrübə Proqramının müəyyənləşdirilmiş ixtisaslar üzrə Milli Aviasiya Akademiyasının 3, 4 və 5-ci kurs və magistr tələbələri üçün yay mövsümündə keçirilməsi nəzərdə tutulub.

İqtisadiyyat 2023-05-22 17:04:00