×
A
A
A
Sazlamalar

Rəşt-Astara dəmir yolu 2027-ci ildə istismara verilə bilər

Bakı, 22 may, AZƏRTAC

Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentindən biri olan Rəşt-Astara dəmir yolunun tikintisi 2027-ci ilin sonuna kimi başa çatdırılacaq və istismara buraxılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Baş nazirinin müavini Andrey Belousov deyib. O bildirib ki, razılaşmaya əsasən yolun tikintisi 4 il davam edəcək. Hələlik isə layihə və geoloji işlər həyata keçirilir.
Qeyd edək ki, Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin əsası olan Rəşt-Astara Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Bu yol İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. Avropa ilə Fars körfəzi və Cənub Şərqi Asiya ölkələri arasındakı ticarət əlaqəsi və idxal-ixrac əməliyyatları məhz bu yolla həyata keçiriləcək.

İqtisadiyyat 2023-05-22 17:01:00