×
A
A
A
Sazlamalar

Azadlıq prospektinin yan yolunda cari təmir işləri aparılıb

Bakı, 22 may, AZƏRTAC

Azadlıq prospektinin yan yolunda cari təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək) aparılan təmir işləri yekunlaşıb.
Cari təmir çərçivəsində uzunluğu 120 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Təmir işləri 1340 kvadratmetrə yaxın sahəni əhatə edib.

 

İqtisadiyyat 2023-05-22 16:12:00