×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək Avropa çempionatının oyunlarına “Sərhədçi” İdman Mərkəzi ev sahibliyi edəcək

Bakı, 22 may, AZƏRTAC

İyulun 29-dan avqustun 6-dək Bakıda 18 yaşadək oğlan basketbolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarına “Sərhədçi” İdman Mərkəzi ev sahibliyi edəcək.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Basketbol Federasiyasının mətbuatla əlaqələr şöbəsinin müdiri Sənan Əliyev bildirib.
Sənan Əliyev qeyd edib ki, komandamız baş məşqçi Tahir Baxşıyevin başçılığı ilə mütəmadi olaraq təlim-məşq toplanışında iştirak edir. Həmçinin yarışlara hazırlıq məqsədi ilə idmançılarımız Gürcüstanda hazırlıq prosesinə qatılırlar. Avropa çempionatının C divizionunun A qrupunda yer alan millimiz Malta, Kipr və Moldova komandaları ilə qarşılaşacaq.




 

İdman 2023-05-22 15:45:00