×
A
A
A
Sazlamalar

Qaxda sahibkarlarla görüş keçiriləcək

Bakı, 22 may, AZƏRTAC

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Qax rayonunda görüşü təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə keçiriləcək.
Aksiya Heydər Əliyev Parkında olacaq. “Səyyar qəbul otağı” mayın 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarlara xidmət göstərəcək. Təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Regionlar 2023-05-22 14:23:00