×
A
A
A
Sazlamalar

KİV: “Napoli”nin baş məşqçisi Luçano Spalletti vəzifəsindən uzaqlaşıdırılıb

Bakı, 22 may, AZƏRTAC

İtaliyanın “Napoli” futbol klubunun baş məşqçisi Luçano Spalletti vəzifəsindən uzaqlaşıdırılıb.
AZƏRTAC xarici KİV-ə istinadla bildirir ki, komandanı 33 ildən sonra çempion edən baş məşqçi klubun prezidenti ilə yaşadığı insident səbəbindən komanda ilə yollarını ayırıb.
“Napoli” rəhbərliyi komandanı “Real Madrid” və “Liverpul”u çalışdıran Rafael Benitesə həvalə etmək istəyir.
Qeyd edək ki, Rafael Benites 2013-2015-ci illərdə "Napoli”nin baş məşqçisi olub.

 

 

 

İdman 2023-05-22 14:07:00