×
A
A
A
Sazlamalar

Şahin Diniyev: Premyer Liqada qalmaq üçün son dəqiqəyədək mübarizə aparacağıq

Bakı, 22 may, AZƏRTAC

Premyer Liqanın turnir cədvəlində irəliləmək üçün gərgin idman mübarizəsi gedir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyev deyib.
Baş məşqçi bildirib ki, “Qəbələ” və “Zirə” arasında dördüncü yer uğrunda mübarizədə böyük rəqabət var. “Qəbələ” komandası bir addım öndə olsa da, qarşıda oyunlar var. Çünki Premyer Liqadakı oyunların nəticələri ilə bağlı hər hansı proqnoz vermək olduqca çətindir. Premyer Liqada qalmaq uğrunda da, ciddi şəkildə mübarizə gedir.
“Bu gün üç komandanın Liqanı tərk etmək təhlükəsi var. Bunlar “Sumqayıt”, “Şamaxı” və “Səbail” komandalarıdır. Biz də komanda olaraq çox çalışırıq. Qarşıdan gələn iki oyunun məsuliyyətini dərk edirik və maksimum nəticəni əldə etmək üçün potensialımız var. Sadəcə oyunlara tam köklənməliyik. Premyer Liqada qalmaq üçün son dəqiqəyədək mübarizə aparacağıq”, - -deyə baş məşqçi bildirib.

 

İdman 2023-05-22 11:41:00