×
A
A
A
Sazlamalar

Qubadlının Zilanlı kəndinin ilkin konsepsiyası sakinlərə təqdim olunub

Bakı, 22 may, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərin sakinləri ilə görüşlər davam edir. Bu dəfə layihələndirmə prosesi davam edən Qubadlı rayonunun Zilanlı kəndinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən görüşdə məqsəd kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və kəndin ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.
Həmçinin görüşdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, istək və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Regionlar 2023-05-22 11:30:00