×
A
A
A
Sazlamalar

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 22 may, AZƏRTAC

Yanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 66,9 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 1,5 faiz artıb.
Hesabat dövründə əvvəlki ilin müvafiq ayları ilə müqayisədə ölçmə cihazlarının istehsalı 2 dəfə, stolüstü kompüterlərin istehsalı isə 4,4 dəfə çoxalıb.

İKT 2023-05-22 10:50:00