Həftəsonu polis əməkdaşları tərəfindən 180 kiloqramdan çox narkotik vasitə aşkar edilərək götürülüb
Bakı, 22 may, AZƏRTAC
Polis əməkdaşlarının mayın 20-də və 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 188 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 36,1 kiloqramdan artıq heroin, 115 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox tiryək, 35 kiloqrama yaxın metamfetamin, həmçinin 5000 ədəd güclü təsiredici xassəyə malik həb və 234 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO