×
A
A
A
Sazlamalar

Paytaxtda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı, 22 may, AZƏRTAC

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 1 p.m və 1 ədəd paltaryuyan maşın yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2023-05-22 09:04:00