×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 32 doza vaksin vurulub

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 32 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 13, ikinci doza vaksinlərin sayı 6, üç və daha çox doza vaksinlərin sayı 11, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 989-dur. Birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 254, ikinci mərhələ üzrə 4 milyon 883 min 230, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 300, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 205-dir.

Səhiyyə 2023-05-21 17:50:00