×
A
A
A
Sazlamalar

Mayın 21-də Azərbaycanda COVID-19 infeksiyasına 5 nəfər yoluxub

Bakı, 21 may, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, gün ərzində ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 min 386 nəfər müalicə olunaraq sağalıb, 10 min 272 nəfər vəfat edib. Aktiv xəstə sayı 74 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 791, bu günə qədər isə ümumilikdə 7 milyon 611 min 705 test icra olunub.

Səhiyyə 2023-05-21 17:49:00