×
A
A
A
Sazlamalar

Şəkidə ali məktəblərə qəbul imtahanları beş mərkəzdə aparılıb

Şəki, 21 may, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 21-də Şəkidə keçirdiyi II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul və III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanlar başa çatıb.
DİM Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanların keçirilməsi üçün Şəkidə 5 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhər 8, 12, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt iştirakçının buraxılış vərəqəsində göstərilib.
Ümumilikdə 1241 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 122 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 102 zal ayrılıb. Zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Regionlar 2023-05-21 14:38:00