×
A
A
A
Sazlamalar

Hərbi vəzifəlilərin asudə vaxtı səmərəli təşkil olunur

Bakı, 21 may, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub.
Keçirilən tədbir şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.
Sonda hərbi vəzifəlilər üçün hərbi-vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.

Ordu 2023-05-21 14:15:00