×
A
A
A
Sazlamalar

İxraca göndərilən neft məhsullarının həcmi artıb

Bakı, 20 may, AZƏRTAC

Yanvar-aprel aylarında ölkədən 377 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 226 milyon ABŞ dollarından çoxdur.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 193,7 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 110,7 milyon dollar olub.

 

Neft - qaz 2023-05-20 21:47:00