×
A
A
A
Sazlamalar

Mayın 20-də Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Bakı, 20 may, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 min 727 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 376 nəfər müalicə olunaraq sağalıb, 10 min 272 nəfər vəfat edib. Aktiv xəstə sayı 79 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1144, bu günə qədər isə ümumilikdə 7 milyon 610 min 914 test icra olunub.

Səhiyyə 2023-05-20 16:40:00