×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanının naziri: OPEC+ ilə əməkdaşlıq qlobal neft bazarında sabitliyə töhfə verir

Bakı, 20 may, AZƏRTAC

Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman jurnalistlərə müsahibəsində bildirib ki, OPEC+ üzvləri ilə koordinasiya qlobal neft bazarlarının sabitliyini artırmaq istiqamətində Səudiyyə Ərəbistanının səylərinin “məhək daşı”dır.
AZƏRTAC SPA informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının naziri deyib: “Beynəlxalq səviyyədə Krallıq və OPEC+ ölkələri arasında koordinasiya var, bu prosesdə bir neçə ərəb ölkəsi də iştirak edir. Bu, qlobal neft bazarlarının sabitliyini artırmaq və onların tarazlığını qorumaq səylərinin təməl daşı hesab olunur”. O əlavə edib ki, Səudiyyə Ərəbistanının, eyni zamanda, enerji sektorunda, o cümlədən bərpaolunan enerji sahələrində ərəb ölkələri ilə bir neçə memorandum imzalayıb. Krallığın elektrik şəbəkəsini İraq, İordaniya və Misir də daxil olmaqla, digər ərəb ölkələri ilə birləşdirmək üçün daha çox layihə hazırlanır. Bundan başqa, iqlim dəyişikliyi ilə mübarizə və emissiyaların azaldılması üzrə digər layihələr də öyrənilir.
Səudiyyə Ərəbistanının enerji naziri Ciddədə keçirilən Ərəb Liqası sammitinin region ölkələri arasında müxtəlif sektorlarda əməkdaşlığın və koordinasiyanın artırılmasına imkan verəcəyinə ümid etdiyini bildirib.

Neft - qaz 2023-05-20 15:31:00