Yanvar-aprel aylarında 100,4 min ton neft koksu ixrac olunub
Bakı, 20 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında ölkədən 100,4 min ton neft koksu ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 35 milyon 981,7 min ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 57 min tona yaxın və ya 10 milyon 764 min dollar dəyərində neft koksu ixrac edilib.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək