×
A
A
A
Sazlamalar

“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrupu” müsabiqəsi keçirilir

Bakı, 20 may, AZƏRTAC

Cari il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrupu” müsabiqəsi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedaqoji vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsi məqsədilə keçirilən müsabiqənin əsas məqsədi hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğidir.
Plana uyğun olaraq hərbi hissələrdə birinci mərhələ üzrə mükafatlandırılan qaliblər yekunda Azərbaycan Ordusu üzrə keçiriləcək müsabiqədə iştirak edəcəklər.

Ordu 2023-05-20 14:55:00