×
A
A
A
Sazlamalar

Ürək-damar xəstəlikləri səbəbindən 2022-ci ildə 579 min 704 nəfər tibb müəssisələrinə müraciət edib

Bakı, 20 may, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə ürək-damar xəstəlikləri səbəbindən həkim-kardioloqlara 0-17 yaş arasında olanlar 2020-ci ildə 49 min, 2021-ci ildə 69 min, 2022-ci ildə isə 76 min 109 nəfər müraciət edib. 18 və daha yuxarı yaş qrupundan isə 2020-ci ildə 467 min 911 nəfər, 2021-ci ildə 491 min 678 nəfər, 2022-ci ildə isə 579 min 704 nəfər müraciət edib.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresin açılış mərasimində deyib.
V.Qurbanov qeyd edib ki, hər il dünyada 18 milyon insan kardioloji xəstəliklər səbəbindən dünyasını dəyişir. Son dövrlər ürək-damar xəstəlikləri olduqca cavanlaşıb.

Səhiyyə 2023-05-20 13:43:00