×
A
A
A
Sazlamalar

Vatsapdan təhlükəsiz istifadə qaydaları

Bakı, 20 may, AZƏRTAC

Vatsap hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi məqamlara diqqət yetirin.
AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, Vatsap hesabınızın təhlükəsizliyindən əmin olmaq üçün sadalananlara xüsusi diqqət yetirməyiniz tövsiyə olunur:
- İkifaktorlu təsdiqləmə funksiyasını aktivləşdirin;
- Tətbiqi ən son versiyaya yeniləyin;
- Mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmayın və faylları yükləməyin;
- Təsdiqləmə kodunu heç kəslə paylaşmayın.

İKT 2023-05-20 13:01:00