×
A
A
A
Sazlamalar

Yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiq olunacağı gözlənilir

Bakı, 20 may, AZƏRTAC

Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar cərrahiyyəsi həyata keçirilib. Bu ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin açılış mərasimində deyib.
Z.Əliyev qeyd edib ki, yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiq olunacağı gözlənilir. Yeni xidmətlər zərfində ürək-damar xəstəlikləri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq.

Səhiyyə 2023-05-20 12:46:00