×
A
A
A
Sazlamalar

Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

Bakı, 20 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 80,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,2 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 5,5 faizini isə digər tikinti işləri təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 185,3 milyon manatı (95,9 faizi) Birləşmiş Krallıq, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.

Tikinti̇ 2023-05-20 12:00:00