Təbii qaz ixracı azalıb
Bakı, 20 may, AZƏRTAC
Yanvar-aprel aylarında ölkədən 6 milyard 513,6 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 5 milyard 418,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 7 milyard 233,3 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 4 milyard 178,2 milyon dollar olub.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək