×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 59,5 faizi sənaye və tikinti sahələrinə sərf olunub

Bakı, 20 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 43 faizi sənaye, 30,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 16,5 faizi isə tikinti sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində sözügedən vəsaitin 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi informasiya və rabitə, 0,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, sosial təminat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi təhsil, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Tikinti̇ 2023-05-20 10:41:00