Cəlilabadda saxlanılan narkokuryerlərdən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və həblər aşkarlanıb
Bakı, 20 may, AZƏRTAC
Cəlilabadda saxlanılan narkokuryerlərdən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və həblər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Bayram Ələkbərov və Ramin Məmmədov sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Keçirilən baxış zamanı həmin şəxslərə məxsus bağlamanın içərisindən 5 kiloqramdan artıq heroin, 2 kiloqramdan çox marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla B.Ələkbərov və R.Məmmədovun İranda yaşayan narkotacir vasitəsilə əldə etdikləri həmin narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaqla satışını təşkil etməli olduqları müəyyən edilib.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO