×
A
A
A
Sazlamalar

Ekologiya və təbii sərvətlər naziri Göygöldə vətəndaşları qəbul edib

Bakı, 19 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mayın 19-da Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Ekologiya 2023-05-19 16:56:00